Ukraynanın Xarkov vilayətində dinc əhali güllələnib.
Lent.az bu barədə yerli Ukrayna telegram kanallarına istinadla xəbər verir. Məlumata görə, nəticədə 10-u uşaq olmaqla azı 20 nəfər ölüb.
Hadisə sentyabrın 30-da Luqansk vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan Svatovı şəhəri ilə Xarkovun Kupyansk şəhəri arasında baş verib. Rusiya hərbçiləri altı köhnə minik avtomobili və bir “Qazel” markalı yük maşınına yaxın məsafədən kiçik silahlarla atəş açıb.
Zərərçəkənlərin yekun sayı müəyyən edilir, müvafiq ekspertizalar aparılır. Bir neçə nəfər hadisə yerindən qaça bilib.
Hazırda onlar müstəntiqlərə ifadə verirlər.