Belarus prezidenti Aleksandr Lukaşenko qiymətlərin tənzimlənməsi və qiymətə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı iclasdan əvvəl səsini itirib, lakin yenə də məmurlarla yarımpıçıltı ilə danışıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, prezident tədbir başlamazdan əvvəl bu barədə danışıb.
"Səs yoxdur, ona görə də biz görüşü pıçıltı ilə keçirəcəyik", - Belarus lideri deyib.