Belarus prezidenti Aleksandr Lukaşenko həmkarları Vladimir Putin və Co Bayden arasında görüş təşkil etməyə hazır olduğunu bildirib.
Lent.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, iki prezidenti Minskdə görüşdürə və bütün problemləri həll edə biləcək.
Ölkə prezidenti görüşün müharibəni bitirmək üçün təşkil olunduğunu deyib. O, həmçinin “ sizə zəmanət verirəm ki, Vladimir Vladimiroviç Putin bura gələcək, oturub bütün problemi həll edəcəyik”, deyə fikir bildirib.
Onun sözlərinə görə, Bayden Minskdə tam təhlükəsizliklə yanaşı, rahatlıqla da təmin olunacaq.