“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri baş verən çağırışlara cavab olaraq birləşməli və birgə hərəkət etməlidir”.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O, münaqişəni özününkü saymayanları qınayıb:
“Əgər kimsə fikirləşsə ki, Ukrayna və Rusiya arasındakı münaqişə bizim münaqişəmiz deyil, biz haradasa sakit oturacağıq, belə bir şey olmayacaq. Sözün əsl mənasında qətiyyətli olmaq, müəyyən mövqe tutmaq tələb olunacaq”.
Lukaşenko eyni zamanda qeyd edib ki, belə bir mövqe milli maraqların ziyanına getməməlidir.
Lukaşenko həmçinin KTMT-nin məsuliyyət daşıdığı digər regionda yaranmış problemləri həll etməyə çağırıb. “Siz həm Qafqazı, həm də Mərkəzi Asiyanı yaxşı tanıyırsınız. Orada problemlərimiz var. Gəlin onları həll etməyə çalışaq və mümkün qədər bu çətin vaxtlarda KTMT-ni toplayaq”, - deyə prezident bildirib.