Litva Ukrayna Silahlı Qüvvələrinə 36 ədəd “Bofors L70” zenit silahı təhvil verməyə başlayıb.
Lent.az-ın xəbərinə görə, bunu Litvanın müdafiə naziri Arvidas Anusauskas Ukraynanın müdafiə naziri Aleksey Reznikovla birgə keçirdiyi brifinqdə deyib.
“Biz artıq Ukrayna ərazisində işləməyə hazır olacaq 15 təlimatçının təlimini başa vurmuşuq. Biz artıq pilotsuz təyyarələrlə uğurla mübarizə apara bilən 36 sistem təqdim edirik”, - UNIAN litvalı nazirin sözlərindən sitat gətirib.