Linza ilə yatdı, kor oldu
17 fevral 2023 15:25 (UTC +04:00)

Linza ilə yatdı, kor oldu

ABŞ-da bir gənc kontakt linzalarda yuxuya gedib və bir gözü kor olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, işdən ara verərək cəmi 40 dəqiqə yuxuya gedib. Oyanan kişinin qızarmış gözü diqqət çəkin, lakin buna əhəmiyyət verməyib. Çünki göz qızarması onun üçün tez-tez baş verən bir hadisə imiş. Lakin vəziyyəti pisləşəndə amerikalı həkimə müraciət edib.

Mütəxəssislər Maykl adlı həmin şəxsin “acanthamoeba” keratitini inkişaf etdirdiyini bildiriblər. Bu xəstəliklə gözə girmiş ətyeyən parazitlər sözün əsl mənasında onu yeməyə başlayır. Bu səbəbdən tələbə diqqətini müalicəyə yönəltmək üçün işdən çıxıb oxumalı olub.

Hazırda Mayklın sağ gözü görmür. O, ümid edir ki, həkimlər ona yaxşılaşmaya səbəb olan buynuz qişanın transplantasiyasına icazə verəcək. Hazırda ekspertlər prosedurun əleyhinədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar