Sankt-Peterburqda təqaüdçü öz mənzilində qaynar suda yanıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, ölən şəxsin İkinci Dünya müharibəsində mühasirədə qalan Leninqrad sakini və əmək veteranı olduğu bildirilir.
Şturmanskaya küçəsindəki mənzildə yaşlı rus qadın tək yaşayırmış. O, hamamda çimərkən isti su borusu partlayıb. Nəticədə qaynar su onun üzərinə tökülüb.
95 yaşlı qadın vaxtında qalxa bilmədiyi üçün qaynayan sudan çıxa bilməyib və yerindəcə ölüb.