Kraliçanın şəkli olan suvenirlər məhv edildi  - SƏBƏB
18 fevral 2022 05:24 (UTC +04:00)

Kraliçanın şəkli olan suvenirlər məhv edildi  - SƏBƏB

Bu günlərdə Britaniya kraliçasının taxta çıxmasının 70 illiyi qeyd edildi.

Lent.az-ın xəbərinə görə, bu məqsədlə bir çox suvenir satışa çıxarılıb. Dövlət qurumları buna qarşı çıxmasalar da, Çin istehsalı olan stəkan və nəlbəkilərin məhv edilməsinə qərar verdilər.

Bunun səbəbi nəlbəkidəki yubiley sözünün səhv yazılmasıdır (Jubilee yerinə Jubbly).

10 000 ədəd qabı məhv etmək üçün utilizasiya şirkətinə 40 000 funt sterlinq (təxminən 90 000 AZN) ödənilib. Malın maya dəyəri isə bundan təxminən 10 dəfə çoxdur.

Maraqlıdır ki, xətalı stəkan-nəlbəkini kolleksiyaçıların da almasına icazə verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar