Braziliyanın San-Paulo ştatında koronavirusun “Cənubi Afrika ştammı”na bənzər növü açkar edilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Butantan İnstitutunun direktoru Dimas Kovas mətbuat konfransında bildirib.
İnstitut direktoru müəmmalı virusa Sorokaba şəhərində rast gəlindiyini deyib: “Sorokaba sakinində koronavirusun “Cənubi Afrika ştamm”ına bənzər bir növü aşkarlandı. Lakin xəstə Cənubi Afrikaya getməyib, orada olanlarla əlaqə qurmayıb. “Cənubi Afrika ştamm”ına bənzər şübhəli yoluxmaya ölkədə ilk dəfə rast gəlinir”.