Komissarlıqda polisi bıçaqladı
14 fevral 2024 02:53 (UTC +04:00)

Komissarlıqda polisi bıçaqladı

Fransada bıçaqlı şəxs  polis əməkdaşına hücum edib.

Lent.az xəbər verir ki, bu barədə daxili işlər naziri Gerald Darmanin "X" səhifəsində məlumat verib.

Hadisə ölkənin cənub-qərbində yerləşən La Roşel kommunasının komissarlığında baş verib.

"La Roşel komissarlığının foyesində hücuma məruz qalan polis məmuruna dəstəyimi bildirirəm. Hücum edən şəxs saxlanılaraq nəzarətə götürülüb", - deyə bildirilib.

“Le Figaro” qəzetinin yazdığına görə, Fransa vətəndaşı olan şəxs şikayət etmək adı ilə polis idarəsinə gəlib. Binaya çatdıqdan az sonra o, bıçaqla polis əməkdaşına hücum edərək, ona əlindən xəsarət yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3657
avatar

Oxşar yazılar