“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”.
Lent.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib.
O, ordusuna və ölkəsinə inandığını vurğulayıb:
"Biz ölkəni müdafiə edəcəyik! Yaşasın Ukrayna!”.
Qeyd edək ki, ötən gecə sosial şəbəkədə, xüsusilə teleqramda Ukrayna prezidentinin adından kütləvi sayda dezinformasiyalar yayılmışdı.