Rusiya Xalqlar Assambleyası Şurası sədrinin keçmiş birinci müavini Nikolay Buxonin ölüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, əqli qüsurlu kimsəsiz uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunan 73 yaşlı Nikolay Buxonin istintaq təcridxanasında dünyasını dəyişib.
Kişinin ölümünə səbəb onun bu ilin yanvar ayında aldığı çoxsaylı yaralar və xəsarətlər olub. Buxoninin ölümü faktı ilə bağlı istintaq-əməliyyat tədbirləri təşkil edilib, onun nəticələrinə əsasən “Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işinin başlanması barədə qərar çıxarılacaq.