Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In qızı, on yaşlı Kim Joo-e ilə idman yarışlarına qatılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, KXDR-in mərhum rəhbəri Kim Çen İrin doğum günü münasibətilə Nazirlər Kabineti və Müdafiə Nazirliyinin komandaları arasında yarışlar keçirilib. Proqrama futbol və kəndir çəkmə oyunu daxil olub.
Müdafiə Nazirliyinin təmsilçiləri hər iki yarışı qazanıblar.
Tədbirdə müdafiə naziri Kanq Sun Nam, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Polituru Rəyasət Heyətinin üzvü Ço Yonq Von, habelə hökumət üzvləri və digər idarələrin əməkdaşları da iştirak ediblər.