Moskvada polisə xəsarət yetirən Jirinovskinin oğlu Eydelşteyn həbs edilib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, məhkəmə onun barəsində 15 sutkalıq inzibati həbs tədbiri seçib.
***
Rusiyanın mərhum siyasətçisi Vladimir Jirinovskinin qeyri-rəsmi nikahdan olan oğlu Oleq Eydelşteyn Moskva restoranlarından birində dava edib və polisə hücum edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, siyasətçinin oğlu Lubyankada bir restoranda qalmaqal yaradıb və meneceri bir neçə dəfə itələyib.
Eydelşteyn dostları ilə restoranda dincəlirmiş və qəfil qonşu masadan bir adam onlarla oturub. Bundan sonra Jirinovskinin oğlu söyüş söyüb və əlbəyaxa dava salıb.
Hadisənin şahidləri polisə məlumat veriblər. Eydelşteyn şöbəyə aparılıb, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməyə başlayıb. Daha sonra onlardan birinin sinəsinə yumruq zərbəsi endirib. Zərərçəkmiş sağ körpücük sümüyünün nahiyəsində əzilmiş xəsarətlə xəstəxanaya müraciət edib.
Hadisə ilə bağlı araşdırma aparılır. Siyasətçinin oğluna qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (“Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi”) ilə cinayət işi açılıb.