İstanbuldakı terror aktına görə daha 1 nəfər saxlanıldı
29 noyabr 2022 20:32 (UTC +04:00)

İstanbuldakı terror aktına görə daha 1 nəfər saxlanıldı

İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha 1 nəfər həbs edilib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədəyerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs terror aktını törətməkdə şübhəli bilinən Bilal Həsənin qardaşı Əhməd Əl-Hac Nuvasdır. O məhkəmənin qərarı ilə həbs edilib.

Beləliklə, bu cinayət işi üzrə həbs edilənlərin sayı 25-ə yüksəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar