İsrail Ukraynaya "Dəmir Qübbə" sistemi də daxil olmaqla, hava hücumundan müdafiə vasitələrini verməyi düşünür.
Lent.az-ın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində deyib.
Netanyahu hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb: “Əlbəttə, mən bunu nəzərdən keçirirəm”.
O, həmçinin ABŞ-ın İsraildən Ukraynaya artilleriya sursatı daşıdığını təsdiqləyib.
"ABŞ İsrailin xeyli miqdarda sursatını götürüb və onları Ukraynaya göndərib", - baş nazir bildirib.