Naməlum uçuş aparatı İsrailin hava məkanına daxil olub və onun qarşısını almaq üçün İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər havaya qaldırılıb.
Lent.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinə məxsus helikopterlər və döyüş təyyarələri Suriyadan İsrail ərazisinə uçmuş kimi görünən naməlum uçuş aparatı izləmək üçün hərəkətə keçib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri aparatın bütün uçuşu boyu izləyib. Cihaz açıq ərazidə vurulub. O, təhlükə törətməyib, bununla bağlı həyəcan siqnalı işə salınmayıb.
İsrail Müdafiə Qüvvələri hadisə ilə bağlı araşdırma apardıqlarını bildirib.