İrəvana uçan bir neçə reys duman və zəif görmə səbəbindən digər hava limanlarına enməyə yönəldirilib.
Lent.az xəbər verir ki, bu barədə Zvartnots hava limanının mətbuat xidmətindən SputnikARM-a məlumat verilib.
Tümendən (Utair) uçan təyyarə Minvodıya, Nijni Novqoroddan (Qırmızı qanadlar) gələn təyyarə Tbilisiyə, Ermənistan Hava Yollarının bortu isə bir neçə dövrə vurduqdan sonra Gümrüyə enib.
İrəvan səmasında havanın yaxşılaşmasını gözləyən Şarm əl-Şeyx (Air Cairo), Larnaka (Wizzair), Əbu-Dabi (Wizzair) və Dubay (Fly Dubai) və Şarja (Air Arabia) avialaynerləri dövrə vurur.