İranda polis bölməsinə hücum: Ölənlər var  - YENİLƏNİB
04 aprel 2024 07:06 (UTC +04:00)

İranda polis bölməsinə hücum: Ölənlər var - YENİLƏNİB

Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsi isə həlak olub.

Lent.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsi, bir mühafizəçi və iki polis ölüb.

Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

İndiyədək beş terrorçunun öldürüldüyü təsdiqlənib.

Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb.

***

Saat 04:00

İranda iki polis məntəqəsinə edilən hücumda ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

***

Saat 02:43

İranın cənub-şərqindəki Sistan və Bələcistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

Lent.az xəbərə verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olublar.

Üç polis əməkdaşı ölüb.

“Bir neçə dəqiqə əvvəl Rask və Çabahar polis bölmələrində terror aktı baş verib”, - deyə qubernatorun müavini Əlirza Mərhəməti bildirib.

# 2388
avatar

Oxşar yazılar