İranda daha bir azərbaycanlı milli fəal həbs edilib.
Lent.az "MOUZE" telegram kanalına istinadən xəbər verir ki, Milli fəal Yusif Kari İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub.
Kanalın yaydığı məlumata görə, oktyabrın 5-i axşam saatlarında özünün iş yerində həbs edilən fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə xəbər yoxdur.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 1-də ETTELAAT qüvvələri Yusif Karinin ata evinə basqın edib və fəal evdə olmadığı üçün onu həbs edə bilməmişdilər.
Yusif Kari