Almaniyanın səhiyyə naziri Karl Lauterbax Ukraynaya səfəri zamanı arzuolunmaz hadisə ilə üzləşib.
Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, o, ukraynalı həmkarı Viktor Lyaşko ilə birlikdə liftdə qalıb.
Nazir bu barədə “Twitter” hesabında yazıb:
“Klinikalar acınacaqlı vəziyyətdədir. Qəfildən lift bir metr aşağıda dayandı. Ukraynanın səhiyyə naziri Viktor Lyaşko da mənimlə liftdə idi. Əvvəlcə heç birimiz yuxarı dırmaşmaq istəmədik”.