Rusiyanın Novosibirsk vilayətində 200 milyon rubl məbləğində ziyan vurmaqla yanğın törətməkdə şübhəli bilinən əcnəbi həbs edilib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmə cinayətin xarakteri və ağırlığını, habelə miqrantın Rusiyada qalması üçün hüquqi əsasların olmadığını nəzərə alıb.
Məlumata görə, fevralın 9-da Daçnoye şossesində sahibkar və yarış sürücüsü Dmitri Matveyevin ailəsinə məxsus qaraj və kottec yanıb.
Yanğın zamanı iki “Mercedes-Benz G-Klasse”, “Bentley Bentayga”, “Lexus RX 450”, “BMW X5”, “Toyota Land Cruiser 300”, “Porsche 911”, “Dodge Ram”, “Bentley Continental” və “Mercedes-Benz AMG GT Roadster” markalı 10 avtomobil yanıb.
Qeyd olunur ki, maşınlar bərpa olunmur. Zərər təxminən 200 milyon rubl təşkil edib.