Həsən Nəsrullah gizli yerdə  dəfn edildi
04 oktyabr 2024 14:01 (UTC +04:00)

Həsən Nəsrullah gizli yerdə dəfn edildi

“Hizbullah” terrorçuları İsrailin mümkün hərəkətləri səbəbindən Nəsrullahın harada dəfn edildiyini açıqlamaqdan qorxurlar.

Lent.az bildirir ki, AFP nəşri “Hizbullah”a yaxın mənbəyə istinadən Həsən Nəsrullahı İsrailin açıq dəfn mərasiminə hücum edə biləcəyindən qorxaraq gizli yerdə dəfn edildiyi barədə məlumat yayıb. Terror təşkilatı ABŞ-dan təhlükəsizlik zəmanəti istəyib, lakin İsrailin davamlı hücumları rəsmi mərasimin təşkilinə mane olub. Bununla belə, “Hizbullah” Nəsrullahın şərəfinə böyük dəfn mərasimi keçirməyi planlaşdırır.

İranın ali dini lideri Əli Xamenei dörd ildən sonra ilk dəfə Tehranda cümə namazında ərəb dilində çıxış edib. Xamenei çıxışında Həsən Nəsrullahı “Livanın mirvarisi” adlandırıb və onun itkisindən təəssüfləndiyini bildirib və öldürülən liderin təsirinin Livan və İrandan çox-çox kənara keçdiyini vurğulayıb. Xamenei həmçinin Livandakı yaraqlıları və fələstinliləri müqavimətlərini zəiflətməməyə və mübarizəni davam etdirməyə çağırıb.

Nəsrullahın sıradan çıxarılmasından sonra İran həm “Hizbullah” tərəfdarları arasında, həm də ərəb dünyasında ciddi tənqidlərə məruz qalıb. Ekspertlərin fikrincə, İsrail ərazilərinə 180-dən çox ballistik raket atılan İranın İsrailə cavab hücumunun səbəblərindən biri də bu olub. Xamnei çıxışında İranın hərəkətlərinə haqq qazandıraraq, onları İsrailin cinayətlərinə görə “minimum cəza” adlandırıb və Fələstin və Livan xalqına dəstəyin qanuni və ədalətli olduğunu vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar