Rusiyanın Yakutsk şəhərində bölmələrini icazəsiz tərk etmiş hərbi qulluqçuların saxlandığı təcridxanada yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə Yakutiyanın operativ qərargahı regionun hərbi komissarlığına istinadən məlumat yayıb.
Nəticədə 5 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Yanğın 3 saatdan sonra söndürülüb.
Zərərçəkənlər xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir.