"Hər 10 nəfərimizdən biri narkomandır" - Nazir müavini
02 yanvar 2025 17:55 (UTC +04:00)

"Hər 10 nəfərimizdən biri narkomandır" - Nazir müavini

Əfqanistanın narkotiklərlə mübarizə nazirinin müavini Əbdül Rəhman Qasemi ölkədə dörd milyon narkoman olduğunu və hər 10 vətəndaşdan birinin narkomaniyadan əziyyət çəkdiyini bildirib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, nazir müavini etiraf edib ki, narkomaniya Əfqanistan cəmiyyətində başqa ölkələrə nisbətən daha çox yayılıb:

“Bizim hər onda birimiz narkomandır. Ölkəmizdə dörd milyon narkoman var. Bir-birindən daha çox asılı olanlar var. Hər bir narkomanla yanaşı onun ailə üzvləri əziyyət çəkir”.

“Əfqanıstanda milyonlarla insan hələ də narkotikdən istifadə edir” deyən Qasemi Kabildəki narkoloji reabilitasiya mərkəzindən danışıb. O bildirib ki, minlərlə narkoman müalicə olunur. Onun sözlərinə görə, son illər 100 mindən çox narkoman müalicə olunub və 95 faizi sağalıb.

Qaseminin sözlərinə görə, Əfqanıstanda narkotiklərin becərilməsi və qanunsuz dövriyyəsi sıfıra endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10347
avatar

Oxşar yazılar