Meksikada hava şarı yanıb.
Lent.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Şar havaya qalxandan bir neçə dəqiqə sonra yanmağa başlayıb.
Təşvişə qapılanlar özlərini hava şarından yerə atıblar.
Hadisə nəticəsində 39 və 50 yaşlı kişi ölüb.
Yetkinlik yaşına çatmayan qız, birinci, ikinci dərəcəli yanıq və omba sınığı alıb.
Hava şarında neçə nəfərin olduğu, eləcə də yanğının baş vermə səbəbləri açıqlanmır.