Hamilə qadın başından GÜLLƏLƏNDİ:  uşağı xilas edildi
16 fevral 2023 19:45 (UTC +04:00)

Hamilə qadın başından GÜLLƏLƏNDİ: uşağı xilas edildi

İspaniyada litvalı gənc qadın atışma zamanı öldürülüb.

Lent.az xarici mediaya istinadən bildirir ki, atışmada ölən 28 yaşlı qadın 9 aylıq hamilə olub. Qadın ölsə də, uşağı xilas edilib.

Hadisə fevralın 13-də İspaniyanın şərqindəki Kastellon əyalətində baş verib. Qadın başından yaralanıb. O, ağır vəziyyətdə Valensiyadakı xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Həkimlər onu qeysəriyyə əməliyyatı ediblər və hadisə şahidlərinin sözlərinə görə, bətnindəki qız uşağı xilas edilib. Uşağın vəziyyəti stabildir.

Polis hadisənin başvermə şəraitini araşdırır. Məlumata görə, Kastellonda atışma küçənin ortasında qruplaşma üzvləri arasında münaqişə zamanı baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Oxşar yazılar