Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları qondarma nikahlar vasitəsilə qanunsuz miqrantları leqallaşdıran cinayətkar qrupu saxlayıblar.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, FTX Rusiya Qvardiyasının əməkdaşları ilə birgə Moskva və Lipetsk vilayətləri ərazisində əcnəbilərin qeyri-qanuni qalmasının təşkili üzrə ixtisaslaşmış regionlararası qrupun qanunsuz fəaliyyətini dayandırıb.
FTX-dan verilən məlumata görə, cinayətkar qruplaşma üzvləri əcnəbilər üçün saxta sənədlər hazırlayıblar. Bunlar isə Rusiya vətəndaşlarından olan uşaqların nikah və atalıq sənədlərinə aiddir.
Əməliyyat nəticəsində külli miqdarda saxta sənədlər və çap avadanlıqları ələ keçirilib, saxta mətbəənin işi dayandırılıb.