Fransa NATO-nun Yaponiya ofisinə qarşı çıxdı
07 iyun 2023 07:39 (UTC +04:00)

Fransa NATO-nun Yaponiya ofisinə qarşı çıxdı

Fransa Tokioda NATO-nun əlaqə ofisinin açılmasına qarşıdır.

Lent.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalına fransız diplomatik mənbəsi məlumat verib.

Rəsm Paris NATO Şimali Atlantika regionunda təhlükəsizliyə cavabdeh olan təşkilatdır. Fransa hesab edir ki, NATO-nun fəaliyyəti yalnız bu ərazini əhatə etməlidir.

Mənbənin sözlərinə görə, əgər NATO-nun Hind-Sakit okean regionunda vəziyyətə nəzarət etməsi lazımdırsa, o zaman ona üzv olan ölkələrin səfirlikləri bu rolu öz üzərinə götürməlidir.

Fransanın belə mövqeyi, müşahidəçilərin fikrincə, Parisin Pekini qıcıqlandırmaqdan qorxması ilə bağlıdır.

# 1197
avatar

Oxşar yazılar