Rusiyanın Tula vilayətində fərdi yaşayış binasında güclü yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Yanğın nəticəsində ikisi azyaşlı uşaq olmaqla 4 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerinin kəşfiyyatı zamanı bir qadın, bir kişi və iki uşağın meyitini tapıblar.
Faktla bağlı cinayət işi başlanıb.