Əsədin keçmiş sözçüsü sirləri açdı  - Putin niyə kömək etmədi?
11 yanvar 2025 18:14 (UTC +04:00)

Əsədin keçmiş sözçüsü sirləri açdı - Putin niyə kömək etmədi?

Suriyada üsyançıların hücumu zamanı Vladimir Putin Bəşər Əsədin hərbi dəstək tələblərinə məhəl qoymayıb.

Lent.az xəbər verir ki, bu fikirləri Bəşər Əsədin mətbuat xidmətinin keçmiş rəhbəri Kamel Sakr Səudiyyə Ərəbistanının “Mazeej” podkastına müsahibəsində bildirib. O, Suriya diktatoru rejiminin süqutundan əvvəl baş verən hadisələrdən danışıb. 

Sakr deyib ki, “Heyət Təhrir əl-Şam” üsyançıları 2024-cü ilin noyabr ayının sonlarında hücuma başladıqdan sonra Əsəd Vladimir Putindən hərbi dəstək istəmək üçün Rusiyaya uçub.

Əsəd Moskvaya çatandan sonra Rusiya lideri ilə görüşmək üçün iki gün gözləyib. Nəhayət, baş tutan görüş cəmi bir saat davam edib. Keçmiş mətbuat katibinin sözlərinə görə, Putin Suriyada baş verənlərdən uzaqlaşmaq istəyini nümayiş etdirərək söhbətlə bağlı ictimai açıqlamalardan yayınıb. Əsədin İrandan hərbi dəstək istəyinə də cavab verilməyib.

Dekabrın 8-də Əsəd nəhayət Suriyanı tərk edib və üsyançılar Dəməşqi ələ keçirərək diktatorun 20 illik hakimiyyətinə son qoyublar. Sakrın sözlərinə görə, qaçmazdan bir neçə gün əvvəl Putin Əsədin zənglərinə cavab verməyi dayandırıb və nəhayət Əsəd Rusiyanın ona kömək etməyəcəyinə qəti inanıb.

Əsədin əsas müttəfiqi sayılan İran da onu dəstəkləməkdən imtina edib. Dekabrın 1-də İran xarici işlər nazirinin səfərinə baxmayaraq, hərbi yardım gəlməyib və İran qüvvələri rejimin süqutundan aylar əvvəl Suriyadan qoşunlarını çıxarmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar