Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki erməni katolik kilsəsində yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Surp Pırgiç erməni katolik kilsəsinin yaşayış binasında baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Daha iki nəfərin itkin düşdüyü qeyd olunub.
Yanğınsöndürənlər yanğını söndürüb.
Hadisənin başvermə səbəbi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.