Moskvada Businovski qəbiristanlığında 60 yaşlı iş adamının meyiti həyat yoldaşının məzarı üzərində tapılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ölən iş adamı noyabrın 23-ü axşam saatlarında planlaşdırılmış başçəkmə zamanı qəbiristanlığın gözətçisi tərəfindən aşkar edilib. İlkin tibbi yardım göstərməyə çalışsa da, hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.
İş adamının Ermənistan vətəndaşı olduğu üzə çıxıb. Yaxınlarının dediyinə görə, onun ürəyində problem olub. Kişinin arvadı 2020-ci ilin mayında koronavirusdan vəfat edib. O vaxtdan bəri demək olar ki, hər gün həyat yoldaşının məzarına gül-çiçəklə gəlirmiş.