Türkiyə Nazirlər Kabinetinin çərşənbə axşamı, fevralın 14-nə planlaşdırılan iclası Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Ankaradakı baş ofisində keçiriləcək.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da başlayacaq.
Təbii fəlakət zonasında olan hökumət üzvləri iclasda videokonfrans vasitəsilə iştirak edəcək.