Əfqanıstanda 5,5 maqnitudalı zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodika Ekspedisiyası məlumat yayıb.
Yerli vaxtla saat 13:39-da baş verən zəlzələnin ocağı 180 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.