Moskvada polis əməkdaşları “Əbədi məşəl” yaxınlığında bıçaq və armaturla mərasim keçirən evsiz şəxsi saxlayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, 51 yaşlı Ermənistan vətəndaşı qarşısına bıçaq və 40 santimetrlik armatur qoyaraq, duaya bənzər sözlər deməyə başlayıb.
Polis kişidən qəribə hərəkətləri dayandırmasını istəyib. Lakin o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə məhəl qoymayıb. Həbs zamanı evsiz kişi müqavimət göstərib.
Nəticədə onun barəsində xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktları ilə bağlı protokollar tərtib edilib.