Dünyada koronavirusa yoluxanların sayı 240 milyonu keçdi, ÖLÜM SAYI İSƏ...
19 oktyabr 2021 04:17 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayı 240 milyonu keçdi, ÖLÜM SAYI İSƏ...

Dünyada təsdiqlənmiş SARS-CoV-2 koronavirusuna yoluxma hallarının sayı 240 milyonu keçib, ölənlərin sayı 4,9 milyona yaxınlaşır.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

18 oktyabr, saat 19:09-a olan məlumata görə, 240 260 449 koronavirusa yoluxub, ölüm sayı isə 4 890 424 nəfər olub. 

Yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb - 44 408 612. Hindistanda 34 081 315, Braziliyada 21 597 949, Böyük Britaniyada 8 449 169, Rusiyada 8 027 012, Türkiyədə 7 654 277, Fransada 6 869 661, İranda 5 784 815 və Argentinada 5 268 653 yoluxma hadisəsi təsdiqlənib.

Ölüm hallarında da ABŞ liderdir - 715,179. İkinci yeri Braziliya (601,574), üçüncü yeri Hindistan (452,290) tutur. Meksika (283 193), Rusiya (224 310), Peru (199 746), İndoneziya (142 999), Böyük Britaniya (138 584), İtaliya (131 541) və Kolumbiya (126 726) sonrakı yerləri bölüşür. 

# 441
avatar

Oxşar yazılar