Moskvaya uçarkən fəlakət siqnalı verən təyyarə Dubaydakı Əl-Məktum hava limanına qayıdıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ekipaj təyyarəni yanacağı qurtardıqdan sonra yerə endirib. Onun Moskva vaxtı ilə saat 21:30-da Rusiya paytaxtına enməsi planlaşdırılırdı.
Təyyarədə texniki nasazlıq aşkar edildiyi bildirilir.
***
18:36
Birləşmiş Ərəb Əmirliklərin-dən Rusiyaya uçan Utair hava şirkətinin təyyarəsi fəlakət siqnalı verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,
767-224 reysi Dubaydakı Əl-Maktum hava limanından Moskvaya, Moskva vaxtı ilə saat 14:48-də yola düşüb.
Təyyarə demək olar ki, dərhal qəza siqnalı verib. Artıq Fars körfəzi üzərində 10 dairə vurub.
Təyyarənin Vnukovo hava limanına Moskva vaxtı ilə saat 21:15-də enməsi planlaşdırılırdı. Fövqəladə vəziyyət siqnalının səbəbi hələlik açıqlanmayıb.