"Real" La Liqanın rekordçu baş məşqçisini  geri qaytara bilər
20 aprel 2026 15:27 (UTC +04:00)

"Real" La Liqanın rekordçu baş məşqçisini geri qaytara bilər

0

Joze Mourinyonun Madridə qayıdacağı ilə bağlı şayiələr getdikcə daha da güclənir.

"Real"ın hazırkı məşqçisi Alvaro Arbeloa La Liqa və Çempionlar Liqasındakı uğursuz çıxışlarından sonra vəzifəsindən ayrıla bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşqçi vəzifəsinə əsas namizədlərdən biri komandaya 2010-cu ildən 2013-cü ilə qədər rəhbərlik etmiş Joze Mourinyodur. Bu dövrdə portuqaliyalı rekord sayda xalla İspaniya çempionluğunu, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanmağı bacarıb.

Реал рассматривает возвращение тренера-рекордсмена Ла Лиги

Həmçinin qeyd olunur ki, rəhbərlik Yurgen Kloppu dəvət etməyi planlaşdırırıb, lakin onlar alman məşqçinin "Real"da işləməyə maraq göstərməsini istəyirlər.

“Kral klubu”nun bu həftə qarşıdakı mövsüm üçün yeni məşqçinin təyinatı ilə bağlı qərar verməsi gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar