Arxeoloq Mari Vuds İngiltərənin Yorkşir şəhərində indiyə qədər tapılmış ən böyük dinozavr ayaq izini təsadüfən aşkar edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, işin nəticələri “Proceedings of the Yorkshire Geological Society” jurnalında təsvir edilib.
Tapıntının ölçüsü demək olar ki, bir metrə çatır. Çox güman ki, ayaq izi dinozavrın təxminən 166 milyon il əvvəl dincəldiyi və ya çömbəldiyi zaman qalıb. Ayaq izinin omba hündürlüyü 2,5 ilə 3 metr arasında olan meqalozaurusa bənzər bir dinozavr tərəfindən qaldığı ehtimal edilir.