Rusiyada deputat ov zamanı təsadüfən adam öldürüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Tuvada Narın kəndi yaxınlığında ov edən deputat və iki tanışı 100-150 metr məsafədə hədəfi görərək, atəş açıblar. Onlar həmin yerə gəlib və güllnin bir kişiyə dəydiyini görüblər. Kişinin öldüyü məlum olub və polis çağırılıb.
Millət vəkilindən başqa yerə getməmək barədə yazılı öhdəlik götürülüb.
Rusiya İstintaq Komitəsinin Tuva Respublikası şöbəsinin nümayəndəsi Alla Nursat bildirib ki, istintaq ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə aparılır. Onun sözlərinə görə, iş üzrə təqsirləndirilən şəxs 44 yaşlı yerli sakindir. Müstəntiqlərin bildirdiyinə görə, fevralın 12-də ov zamanı şübhəli şəxs Huntsman VPO-114 markalı odlu silahın termal kamerasından hədəfi görüb və onu heyvan kimi zənn edərək atəş açıb. 38 yaşlı kişi güllə yarası alaraq hadisə yerində ölüb.