İndoneziyanın Qərbi Sumatra əyalətinin Padanq-Pancanq şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər ölüb, beşdən çox şəxs isə xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Medan–Cakarta marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun əyləc sistemindəki nasazlıq səbəbindən idarəetməni itirərək aşması nəticəsində baş verib.
Avtobusda ümumilikdə 25 sərnişin olub. Yaralılar yaxınlıqdakı iki yerli xəstəxanaya yerləşdiriliblər. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.