İndoneziyada güclü zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 6 bal gücündə olan zəlzələ bu gün səhər saatlarında İndoneziyanın Talaud adasında qeydə alınıb.
Həmin yer Manado şəhərindən 309, Filippindən isə 237 km kənarda yerləşir.