Türkiyədə baş verən güclü zəlzələnin 11-ci günündə daha bir vətəndaş dağıntıların altından xilas edilib.
Lent.az xəbər verir ki, Kahramanmaraşda dağıntılar altında qalmış 17 yaşındakı Aleyna Ölməz zəlzələdən 248 saat sonra sağ çıxarılıb.
Məlumata görə, hazırda xilasedicilər Aleynanın balaca qardaşı Miraçı da qurtarmaq üçün çalışırlar.
Bildirilir ki, 17 yaşlı yeniyetmənin vəziyyəti yaxşıdır.