Türkiyənin Qəhrəmanmaraş bölgəsində baş vermiş 7,4 bal gücündəki zəlzələdən əziyyət çəkənlərin sayı getdikcə artır.
Lent.az xəbər verir ki, bu dəfə dağıntılar altında qalmış bir şəxs “twitter” hesabında paylaşım edib.
O, ailəsi ilə birlikdə dağıntıların altında qaldığını və təcili kömək istədiyini bildirib.
Məlumata görə, paylaşım edən şəxs öz səyi nəticəsində özünü və qardaşını xilas edib. Lakin ailəsinin digər üzvləri hələ də dağıntılar altındadır. Onlardan bir xəbər yoxdur.