İtaliyanın Torino şəhərinin gənc sakinindən bütün Avropa danışır.
Lent.az xəbər verir ki, o, səhər evdən çıxıb çörək almağa gedərkən bir qızın balkondan sallandığını görür. Qızın əlləri boşalır və aşağı düşür.
Bu zaman gənc oğlan 5 yaşlı körpəni havada tutur və onunla birgə yerə yıxılır. Oğlanın qorxudan qısa müddətə ürəyi gedir. Lakin uşağın qışqırığını eşidəndə özünə gəlir.
Xəstəxanaya çatdırılan qızın səhhəti normaldır. Gənc oğlandan isə bütün Avropa danışır.