ABŞ-da koronavirus xaosu - Tramp məsuliyyəti üzərindən atdı
16 mart 2020 12:55 (UTC +04:00)

ABŞ-da koronavirus xaosu - Tramp məsuliyyəti üzərindən atdı

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin bahalı olması səbəbindən dəfələrlə qınanan ABŞ səhiyyə sistemi koronavirusun yayılması şəraitində müyinə üçün lazım olan testlərin çatışmazlığı problemi ilə bir daha gündəmə gəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, yanvarın 8-dən martın 14-dək ölkədə yalnız 22 713 nəfər virus aşkarlanıb. ABŞ prezidenti Donald Tramp COVID-2019 üçün lazımi tədbirləri gördüklərini və virusun böyük risk altında olmadığını iddia edir, ancaq mütəxəssislər bazarda testlərin yayılması ilə mənzərənin pisləşəcəyindən narahatdırlar. ABŞ-ın Nümayəndələr Palatasında demokratların hazırladığı virus testlərinin hamı üçün pulsuz, sığortalı və ya sığortalanmaması üçün hazırlanan qanun layihəsi, Konqresin hər iki qolundan təsdiq alacağı təqdirdə Trampın masasına keçəcək. Testlərin çatışmamasına "Mən buna görə cavabdeh deyiləm", - deyə, Tramp cavab verib. 

Qeyd edək ki, ABŞ-da virusdan ölənlərin sayı 69-a çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1606
avatar

Aygün İbrahimli

Oxşar yazılar