Çinin hava şarı kifayət qədər kəşfiyyat məlumatı toplaya bilmədi - Ağ Ev
18 fevral 2023 01:25 (UTC +04:00)

Çinin hava şarı kifayət qədər kəşfiyyat məlumatı toplaya bilmədi - Ağ Ev

Atlantik okeanı üzərində vurulan Çin şarı uçuşu zamanı ABŞ haqqında kifayət qədər kəşfiyyat məlumatı toplaya bilməyib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, o, artıq Amerika administrasiyasının ünvanına səslənən tənqidlərə kifayət qədər reaksiya verib. O vurğulayıb ki, bu hədəfin vurulması əməliyyatı zamanı nə havada, nə yerdə bir nəfər də amerikalı xəsarət almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar