Qətərin ən nüfuzlu turnirlərdən biri olan futbol üzrə dünya çempionatına ev sahibliyi etməsi bütün idman həvəskarlarının marağını bu ölkəyə yönəltdi. Çünki həm də tarixdə ilk dəfə bir ərəb ölkəsində belə nüfuzlu bir turnir keçiriləcəkdi.
Lent.az Qətərin ev sahibliyi barədə maraqlı məlumatları diqqətinizə çatdırır.
Bu məsələ FİFA-da birmənalı qarşılanmamışdı. Heç bir furbol infranksturukturu olmayan Qətər kimi bir ölkəyə bu turniri həvalə etmək nə dərəcədə doğru idi?
Məsələ ilə bağlı ABŞ prokurorluğunun rəsmi ittiham aktı hazırlanmışdı. ABŞ prokurorluğu korrupsiya iddiaları səsləndirmişdi, hadisələrin rüşvət üzərindən bu dərəcəyə gəldiyini bildirmişdi.
Amma qısa müddətdə Qətər bu turnirə çox yaxşı hazırlaşdı. Bəs, bütün bunlar az bir müddətdə necə mümkün oldu?
İngiltərənin nüfuzlu “The Garden” qəzetinin məlumatına görə, idman infrastrukturunun hazırlanması zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyindən 6500 nəfər həlak olub.
Əgər bu iddia həqiqəti əks etdirirsə, deməli, bu gün Ronaldonun, Messinin, Neymarın top qovduğu bu meydanlara çoxlu sayda məsum insanın qanı axıb.
Bu şəxslərin əksəriyyəti Pakistan, Hindistan, Nepal və digər ölkələrdən gətirilən ucuz işçi quvvəsi olub.
İnsan haqlarını müdafiə etdiyini söyləyən bir çox Avropa şirkətləri bu məsələnin içərisində çoxlu pulllar rol oynadığına görə bir çox həqiqətlərə göz yumdular.
Qətərdə insan hüquqlarının pozulması barədə faktlar çoxdur.
Bu ölkənin müxtəlif terror təşkilatlarına maddi dəstək verməsi barədə Qərb mətbuatı iddialar səsləndirib. Bütün iddialara, qalmaqallara baxmayaraq, hazırda dünya çempionatına ev sahibliyini Qətər edir.
Qətər Ərəbistan yarlmadasının şimal-şərqində yerləşir, ölkənin 2,5 milyon əhalisi var .Əhalinin 70 faizini kişilər təşkil edir. Qətər dünyanın ən isti ölkəsidir. Temperaturun 50 dərəcədən yüksək olması bu ölkədə adi haldır.
Qətərin paytaxtı ən gözəl şəhərlərindən biri olan, əsası 1867-ci ildə qoyulan Dohadır.
Qətər Təmim bin Həməd Al Sani tərəfindən idarə olunur.
Adambaşına düşən ümumi daxili məhsul payına görə, Qətər dünyada birincidir. Sabiq əmir, Şeyx Həməd bin Xəlifə əl-Thani özündən sonra varislərinə 2,4 milyard dollarlıq sərvət qoyub getmişdi.
Ölkə əhalisinin böyük əksəriyyəti günorta saatlarına qədər işləyir.
2015-ci ildə BBC-ə danışan miqrantlar ayda 350 dollar qazandıqlarını bildirmişdilər. Deyilənə görə, Qətər yerlilər üçün neft Cənnəti, istidə işləməyə gələnlər üçünsə Cəhənnəmdir.
Adil Qarayev