Rusiyanın “S7 Airlines” hava şirkəti sabahdan bütün beynəlxalq reysləri bağlayır.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin mətbuat xidməti məlumat yayıb:
“Biz bütün beynəlxalq istiqamətlərə uçan reysləri bağlamaq məcburiyyətində qalmışıq”.
Bu ölkələr arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Tacikistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Qazaxıstan kimi ölkələr var.